Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri 1,22 % artaraq 1 barelə görə 67,2 dollar təşkil edib.

Yenicag.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,01% artaraq 61,13 dollar təşkil edib.