Suriyada 40 il sonra bir ilk! Dünya Bankı ilə müqavilələr imzalandı

media-hightechnic-468x90

Suriya Ərəb Respublikası təxminən 40 illik fasilədən sonra Dünya Bankı ilə ilk birgə layihəsinin icrasına başlayır. Ölkə, elektrik ötürmə xətlərinin təmiri və gücləndirilməsini nəzərdə tutan layihənin son sənədlərini imzalayıb.

Yenicag.az xəbər verir ki ,Suriya Maliyyə Naziri Mühəmməd Yasir Berniyə sosial media hesabında etdiyi açıqlamada bu əməkdaşlığı təsdiqləyib. Nazir layihənin maliyyələşdirilməsinin kredit deyil, 146 milyon ABŞ dolları məbləğində qrant (hibe) çərçivəsində həyata keçirildiyini xüsusi vurğulayıb.

Nazir Berniyə bildirib:

“Bu iş, xüsusilə Enerji Nazirliyinin elektrik təchizatını gücləndirmək istiqamətindəki səylərinə dəstək verəcək və ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəkdir.”

Qeyd edək ki, iyun ayında Dünya Bankının İdarə Heyəti Suriyada elektrik ötürmə xətlərinin bərpası üçün bu qrantın ayrılmasını təsdiqləmişdi. Layihənin əsas məqsədi ölkənin enerji infrastrukturunu bərpa etmək və əhalinin elektrik təchizatındakı problemləri aradan qaldırmaqdır.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa