Reklam: High Technic
hightechnic

Nemtsovun daha bir sevgilisi tapıldı-Foto

84838Fevral ayının son günlərində güllələnərək qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun “Baunti”, “Qafqaz pişiyi” haqqında səs-küy səngiməmiş daha bir sevgilisi üzə çıxdı.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, 55 yaşlı siyasətçinin daha bir övladı olduğu iddia edilib.

Bu iddianı moskvalı Yekatrina İftodi səsləndirib. O, əslən Voloqdadandır. İnformasiya Texnologiyaları İnstitunun məzunu olan qız böyük banklardan birinin əməkdaşı olub.

Hələlik onun Nemtsovdan olan oğlu haqqında çox az insan məlumatlıdır. Körpə ötən il aprelin 7-də doğulub.
Yekatrinanın Facebook səhifəsində yaşı bitməmiş sarışın körpə ilə bol-bol şəkli var. Qadın Boris adlandırdığı oğlunun fotolarından bəzilərinin hətta Nemtsovun mənzilində çəkildiyini deyir.

Onun sözlərinə görə, balaca Boranın atasının rəsmi olaraq təsdiqlənməsi üçün prosedura başlayacaq. İndi o anasının soyadında qeydiyyatdadır.

32 yaşlı qadının bahalı maşın sürdüyü, tətillərini xarici ölkələrdə keçirdiyi görünür. Yekatrina iddia edib ki, sağlığında Nemtsov ona və oğluna kömək edib. Gənc ananın sözlərinə görə, hamiləliyi barədə xəbər tutanda Nemtsov sevinib. “Mən isə çox utanırdım və qorxurdum. O mənə hər şeyin yaxşı olduğuna əmin edirdi. Onun başı çox qarışıq idi toy fikirləşmirdi. Mən körpəni dünyaya gətirdim. Nə olar olar”.

Nemtsovun yaxını olduğunu sübut etmək üçün o hətta vida mərasimindən olan fotolar da paylaşıb. Fotoda o tabutun yanında onun digər həyat yoldaşı ilə yan-yana dayanıb.

Xatırladaq ki, B.Nemtsov fevralın 27-də gecə saatlarında güllələnib. 4 güllə yarası alan siyasətçi hadisə yerindəcə ölüb. Bu zaman onun yanında 23 yaşlı ukraynalı model Anna Duritskaya olub. Lakin gənc qız hadisəni törədənləri görmədiyini bildirib.
Qətllə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.

www.yenicag.az

79