!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəvə toyunda iştirak etdiyi deyilən deputat istefa verdi

!Reklam – Yazi
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, B.Əliyev öz istəyi ilə işdən çıxıb. Bildirilib ki, o, BDU-da heç bir vəzifə daşımır.
B.Əliyev 1997-ci ildən Psixologiya kafedrasının müdiri olub. Hazırda kafedranın müdiri vəzifəsi psixologiya üzrə elmlər doktoru, professor Elnarə Şəfiyevaya həvalə edilib. E.Şəfiyeva 1993-97-ci illərdə BDU-nun psixologiya kafedrasında baş müəllim, 1997-2013-cü illərdə dosent olub və 2013-cü ildən professor vəzifəsində çalışır.
Xatırlatma: Bəxtiyarın Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi bildirilirdi. Amma o, açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını deyib.

www.yenicag.az

3404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv