!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Niderland Kralı ölkəsinin köləlik tarixindəki roluna görə rəsmi şəkildə ÜZR İSTƏDİ

!Reklam – Yazi

Niderland Kralı Villem-Aleksandr ölkəsinin köləlik tarixindəki roluna görə rəsmi şəkildə üzrə istəyib.

Yenicag.az xəbər verir ki, Kral Villem-Aleksandr Niderlandın keçmiş koloniyalarında köləliyin sona çatmasının 150 illiyinə həsr olunmuş rəsmi tədbirdə çıxışında üzr istəyib.

Niderland Kralı Keçmiş Köləliyin Milli Anma Günü münasibətilə nitq söyləyib. “Bu gün mən burada sizin qarşınızda dayanıram. Sizin Kralınız və hökumətin bir hissəsi kimi mən bu gün üzr istəyirəm”, – deyə o bildirib.

Xatırladaq ki, ötən ilin sonlarında Baş nazir Mark Rutte Niderland dövləti adından üzr istəmişdi.

Monarx üzrxahlığı təkrarlayaraq, “başlanğıcın edildiyini”, eyni zamanda “hələ çox uzun bir yol olduğunu” vurğulayıb.

Villem-Aleksandr çıxışında “bağışlanmasını” istəyib. O deyib ki, illər əvvəl bu istiqamətdə addım atılmayıb:

“Hər hansı bir məqamda insan hərəkət etmək üçün mənəvi borc hiss edir”.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv