Azərbaycandakı Milli Gimnastika Arenası böyük təsürat yaradır.
Yenicag.az xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eiseman deyib.
Onun sözlərinə görə, arenaya ilk dəfədir gəlir, çünki cəmi bir il yarımdır ki, ölkədə işləyir və pandemiya səbəbindən yarışlar tamaşaçısız keçirilirdi.
“Şadam ki, yarışda üç idmançımız iştirak edir və onlardan ikisi hətta medal qazanıb. İdmançıların özləri də Bakıdakı Milli Gimnastika Arenasından çox heyran qalıblar. Onlar qeyd edirlər ki, dünyada cəmi bir neçə oxşar məkan var və düşünürəm ki, onlar yenidən bu arenada keçirilən tədbirlərdə məmnuniyyətlə iştirak edəcəklər”, – deyə Pauline Eiseman bildirib.
Səfir ümumilikdə Azərbaycan ilə Niderland arasında əlaqələrin çox yaxşı inkişaf etdiyini, bu yaxınlarda diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirib.
“Sevindirici haldır ki, iki ölkə arasında münasibətlər bir çox sahələrdə inkişaf edir və bu inkişaf davam edir”, – Pauline Eiseman deyib.
www.yenicag.az