Nigeriya və Niger Azərbaycanda keçiriləcək dünya çempionatına vəsiqə qazandı

media-hightechnic-468x90

Nigeriyanın paytaxtı Abucada Afrika Çövkan çempionatı başa çatıb. 

Yenicag.az xəbər verir ki, 4 ölkənin milli komandasının qatıldığı turnirdə təşkilatçı ölkənin çövkançıları qalib olublar.

Belə ki, Nigeriya finalda Nigeri 5:3 hesabı ilə məğlub edib. 3-cü yer uğrunda qarşılaşmada isə Qana Misirə qalib gəlib – 6:1.

Turnirin qalibi və finalçısı 2026-cı ilin sentyabrında Bakıda təşkil olunacaq Dünya Çövkan Çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıblar.

Qeyd edək ki, Afrika Çövkan çempionatının bütün oyunları “Guards Polo Club” meydanında keçirilib və yerli tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa