NIKOIL Bank-ın plastik kartları ilə alış-veriş edin, pulsuz danışıq dəqiqələri əldə edin!

bc18b447-d320-4918-936f-b458d9509804NIKOIL | Bank-dan plastik kart sahiblərinə növbəti şad xəbər! Bugündən etibarən plastik kartla nağdsız pul dövriyyəsi zamanı müştəri NIKOIL | Bank tərəfindən Bakcell danışıq dəqiqələri əldə edəcəkdir. Belə ki, ay ərzində kart üzrə dövriyyə 300-500 ş.v. məbləğində olduqda 10 dəqiqə, ay ərzində kart üzrə dövriyyə 501-700 ş.v. məbləğində olduqda 20 dəqiqə, ay ərzində kart üzrə dövriyyə 701-1000 ş.v. məbləğində olduqda 30 dəqiqə və ay ərzində kart üzrə dövriyyə 1001 ş.v. məbləğindən artıq olduqda Bakcell mobil operatorundan 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcəkdir.

Bildirmək istərdik ki, NIKOIL | Bank-da Visa Electron, Visa Classic, Visa Gold və Visa Platinum, həmçinin, MasterCard Maestro, MasterCard Standart və MasterCard Gold kimi plastik kart növlərini əldə etmək mümkündür.
Siz banka yaxınlaşmadan NIKOIL | Bank-ın http://nikoil.az/az/ordercard/ səhifəsindən plastik kart sifariş edə bilərsiniz.
NIKOIL | Bank-da mövcud olan plastik kart növləri ilə http://nikoil.az/az/cards/ səhifəsinə daxil olaraq tanış ola bilərsiniz.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank -ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil