!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Növbəti ildən GÖZLƏNTİLƏR: "Dünya dəyişir, Azərbaycan da dəyişməlidir" - Partiya sədri

Reklam: Sinerji Pro

“Hakimiyyət düşünür, hər şey köhnə qaydada idarə olunmalıdır, biz isə hesab edirik ki, dünya dəyişir, Azərbaycan da dəyişməlidir”.

Bu sözləri yola salacağımız ildə Azərbaycanın siyasi mühitində baş verənlər və növbəti ildən gözləntiləri Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, geniş mənada yola salınan ildə siyasi mühit passiv oldu:

“İqtidar-müxalifət dialoqu demək olar ki, davam edir. Bu istiqamətdə təmaslar var. Ancaq ciddi siyasi proseslər baş vermədi. Hakimiyyət islahat adı altında yerdəyişmələr edir. İqtidar yərdəyişməni islahat kimi qəbul edir, biz isə əksinə.

Parlamentdə boş qalan yerlərlə bağlı ortada ciddi bir şey yoxdur. Mərkəzi Seçki Komissiyasının sədri şirnikləndirici bəyanat verib. Ancaq bu barədə xüsusi bir qərar yoxdur.

Növbəti il seçki keçiriləcəkmi, onu bilmək mümkün deyil. Hakimiyyətə seçki sərf etmir, sözə baxan, sakit parlament formalaşdırılıb. Ancaq bu adamlar lazım gələndə ağır yükə çevrilirlər”.

Növbəti ildən gözləntilərə gəldikdə isə, partiya sədri bunları deyib:

“Çox istərdim ki, hakimiyyət ciddi dəyişikliklər yönündə addımlar atsın. Ölkədə boş qalan deputat yerləri var, ora seçki keçirilsin. İşğaldan azad edilməmiş ərazilər var, bunun üçün hakimiyyət ciddi addımlar atmalıdır. Azad edilmiş yerlərə isə köç başlamalıdır. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması yönündə fəaliyyət göstərmək lazımdır. Bu qiymətlərlə insanlar yaşaya bilmir”.

Səxavət Məmməd

www.yenicag.az

615
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100