“O, ağır xəstədir”

media-hightechnic-468x90

kkkkkkkkkkk“Aqşinin vəziyyəti çox pisdir. O, ağır xəstədir. Onda müayinə zamanı alkoqol mənşəli hepatit aşkarlandı. Qarnına su yığılıb. Onda həm qaraciyər serozu var, həm də sarılıq xəstəliyi…”

Bunu  açıqlamasında şair Aqşin Yeniseyi müalicə edən Kilinik Tibbi Mərkəzin həkimi Tofiq Seleymanov deyib. Onun sözlərinə görə, A.Yeniseylə bağlı hələlik ümidverici söz demək çəıtindir: “Tibbdə bu çox ağır xəstəlik hesab edilir. Ümid edək ki, yaxşılaşar”.

Həkim əlavə edib ki, onun xarici ölkələrdə müalicəsi mümkün ola bilər: “Türkiyə, İranda bu xəstəliklə bağlı ixtisaslaşmış xəstəxanalar var. İmkan olarsa, onun qaraciyərini də dəyişmək lazımdır. Amma bu, ağır prosesdir. Həm də indiki halda Aqşini Bakıdan çıxarmaq olmaz. Onun rəngi sapsarıdır… O, hər an komaya düşə bilər. Biz bunun qarşısını almağa çalışırıq. Yenə deyirəm, o, ağır xəstədir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600