Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsi ev B 22 ünvanda yaşayan 39 yaşlı Yaşar Əzimov qan xərçəgi xəstəliyindən əziyyət çəkir.
Y.Əzimovun anası Nuriyyə Əzimova AzNews.az-a açıqlamasında bildirib ki, oğlunun yaşaması üçün ona təcili ilik köçürülməlidir: “5 ay idi ki, halsız görünürdü. Türkiyədə müayinə etdirdik. Məlum oldu ki, qan xərçəngidir. Ona təcili ilik köçürülməlidir”.
N.Əzimovanın sözlərinə görə, həkimlər xəstənin Türkiyədə, Almaniyada müalicə olunmasını məsləhət görüb: “Amma bizim buna imkanımız yoxdur. Hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. Artıq 3-cü kursdur ki, müalicə davam etdirilir. Bizim ona ilik köçürməyə imkanımız yoxdur”.
N.Əzimova bildirib ki, oğlunun müalicəsi üçün 100-150 min manat pul tələb olunur: “Mənə kömək edin, balamı xərçəngin əlindən alaq. Ailəmdə heç kim işləmir. Evə girən yeganə pul mənim pensiyamdır”.
Yaşar Əzimovun bank hesabı:
Əlaqə telefonları: (012) 342 32 54, (012) 342 32 63
www.yenicag.az