Yevlax rayonunda öküz sahibinə xəsarət yetirib.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində, 1939-cu il təvəllüdlü kənd sakini Nadir Məhəmmədəli oğlu Mehdiyevin başına gəlib.
Yaşlı kişini vuraraq yerə yıxan öküz, buynuzu ilə onun burnunu və qolunun ətini qopardıb, heyvan həmçinin sahibinin qabırğalarına ciddi xəsarət yetirib. Yaralı ağır durumda xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının burnu cərrahi yolla yerinə tikilib. Hazırda müalicəsi davam edir və vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.