Öldürülən polkovnik İrandan Rusiyaya pilotsuz təyyarələr aparırmış

media-hightechnic-468x90

Ötən gün İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü güllələnib.

Yenicag.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, öldürülənlərdən biri də İrandan “Şahed-136” kamikadze pilotsuz uçan aparatlarının Rusiyaya çatdırılmasına və onlardan istifadə təlimatına cavabdeh olan polkovnik Mehdi Mollaşaxidir.

Bildirək ki, qətl oktyabrın 25-də günorta saatlarında İranın Bəlucistan əyalətinin paytaxtı Zahedan şəhərində baş verib.

“KIR zabiti, polkovnik Molaşaxi və Bəsic təşkilatının komandirlərindən biri Cavad Kıx avtomobildə güllələniblər”, – deyə KİV-də qeyd olunub.

Onlar həmçinin son on il yarım ərzində İranda hökumət əleyhinə nümayişləri vəhşicəsinə yatırmaqda ittiham olunurlar.

Xatırladaq ki, Rusiya son vaxtlar Ukraynaya hücumlar üçün İranın “Shahed 136” kamikadze pilotsuz təyyarələrindən kütləvi şəkildə istifadə edir.Tehran dəfələrlə pilotsuz təyyarələrin Rusiyaya ötürülməsini təkzib edib. Ağ Ev İranın təkziblərini həqiqətəuyğun hesab etmir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600