!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəni qarışdıran “gizli görüş” xəbəri - İsrail qəzetindən ŞOK İDDİA

!Reklam – Yazi

İsrailin Baş naziri Naftali Bennett və İordaniya Kralı II Abdullah İordaniyanın paytaxtı Ammanda gizli görüşüblər.

Yenicag.az xəbər verir ki bu barədə İsrailin “Walla” qəzeti məlumat yayıb.

İddia edilib ki, Bennett-Abdullah görüşü keçən həftə baş tutub.

“Görüşdə liderlər İsrail-İordaniya münasibətlərində “yeni bir səhifə” açmağı qəbul ediblər.

İordaniyanın su qıtlığı və İsraildən mümkün yardımlar da müzakirə olunub”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bu gün İsrailin Xarici İşlər naziri Yair Lapid İordaniyanın paytaxtı Ammana səfəri zamanı həmkarı Ayman es-Safedi ilə görüşüb. Görüşdən sonra İsrailin Xarişi İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki,  Lapid və Safedi İordaniyanın İsraildən daha 50 milyon kubmetr su alması üçün razılığa gəliblər.

www.yenicag.az

887
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv