!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Omicron" AZƏRBAYCANDA: "Əgər ölkəmizdə bu ştamm varıydısa,.." - TİBBİ EKSPERT

!Reklam – Yazi

“Azərbaycanda hansısa ağır proses və ya qapanma baş vermədən “Delta” variantı yola verilibsə, “Omicron” variantı da eyni qayda ilə yüngül şəkildə çəkiləcək”.

Bu sözləri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən Azərbaycanda da “Omicron” ştammının aşkarlanmasına münasibət bildirən tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, Azərbaycanda “Omicron” ştammının aşkarlanması ilə bağlı yayılan məlumatlar o qədər də reallığa uyğun deyil:

“Bütün dünyada “Omicron” ştammı arxa plana keçəndən sonra ölkəmizdə bu ştammın tapılması heç də inandırıcı görünmür. Sadəcə məqsəd ölkəmizdə də adıgedən ştammla bağlı tədqiqatın aparıldığını göstərməkdir. Əgər ölkəmizdə bu ştamm varıydısa, elə əvvəldən məlumat verilərdi. Ona görə də əminliklə Azərbaycanda “Omicron” ştammının aşkarlandığını demək şübhəlidir.

Ümumilikdə Ümumdünya Səhiyyə Təşkilatı və Avropa ölkələrində qeyd olunan ştammın aparılan klinik gedişatında məlum olub ki, bu ştamm heç də koronavirusun “Delta” ştammından ağır deyil. Əksində “Delta” ştammından daha yüngüldür. Azərbaycanda hansısa ağır proses və ya qapanma baş vermədən “Delta” variantı yola verilibsə, “Omicron” variantı da eyni qayda ilə yüngül şəkildə çəkiləcək. Yəni, mübarizə metodu çətin olmayacaq.

Bu gün ölkədə koronavirusa yoluxanların sayı kəskin şəkildə azalıb. Bütün hallarda maskadan istifadə, sosial məsafənin qorunması və digər ehtiyat tədbirlərini həyata keçirmək olar. Bu fonda hansısa məhdudlaşdırıcı tədbirlərə ehtiyac qalmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv