Onlar yenidən bir araya gələ bilərlər

media-hightechnic-468x90

“İnter Mayami” “Santos”un hücumçusu Neymarı transfer etməyi düşünür.

Yenicag.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilib ki, tərəflər arasında danışıqlar hələ başlamayıb.

Lakin 33 yaşlı forvardın menecerləri onun 2026-cı il ərzində ABŞ klubuna keçməsinin faydalı olduğunu bildiriblər.

Həmçinin MLS təmsilçisi Lionel Messi və Neymarla bərabər “Barselona”da çıxış edən 38 yaşlı hücumçu Luis Suareslə müqavilənin uzadılması üzərində işləyir.

Qeyd edək ki, Neymar, Messi və Suares 2014-2017-ci illərdə “Barselona”da birgə oynayıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa