!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlayn yolla narkotik satan şəxslər saxlanıldılar

!Reklam – Yazi
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq, onlayn yolla narkotik vasitə satmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Xaliq Musayev tanışı, əvvəllər məhkum olunumuş, Hacıqabul rayon sakini Alqayıt Əzizov ilə birlikdə qabaqcadan əlbir olaraq, onlayn yolla, hələlik kimliyi istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından aldığı külli miqdarda narkotik vasitəni əvvəlcədən respublikanın müxtəlif ərazilərində gizlətmiş, daha sonra onlayn alıcılar tapdıqdan sonra, həmin narkotik vasitənin yerlərini satdığı şəxslərə bildiriblər. Həmin şəxslər Göygöl rayon ərazisində narkotik vasitələrin satışı həyata keçirmək üçün saxlanılaraq polis şöbəsinə gətirilmiş, A.Əzizova məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “heroin”, həmin narkotik vasitəni satmaq üçün tərəzi və 1 ədəd süngü bıçağı aşkar edilib.

Bundan başqa, əməliyyat tədbiri zamanı şübhəli şəxslərlə birlikdə saxlanılan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Alxan Ağarəhimovun üzərindən də “metamfetamin” aşkar edilib.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Asim Salmanov da saxlanılıb. Şübhəli şəxsin üzərindən aşkar edilən narkotik vasitə olan “tiryək” müvafiq ekspertizaya təqdim edilib.

 

 

Həmçinin, şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbiri ilə qanunsuz olaraq narkotik vasitə əldə edib , saxlamaqda şübhəli bilinən Allahverdi Əhmədov, Elnur Sadıqov və Mirsalam Seyidov saxlanılaraq polis şöbəsinə gətiriliblər. Hər 3 şəxsin üzərlərindən müxtəlif bükümlərdə “metamfetamin” və tiryək aşkar edilib.

Rayon Polis Şöbəsinin əməkdaşların keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli Gəncə şəhər sakini Xaləddin İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv