Milli Məclisin spikeri Oqtay Əsədov YAP-çı deputatın çıxış üçün əlavə vaxt xahişinə maraqlı replika ilə cavab verib.
Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilmiş iclasının yekun hissəsində cari məsələlər haqqında danışan YAP-çı deputat Siyavuş Novruzov spikerdən 1 dəqiqə əlavə vaxt istəyib.
Oqtay Əsədovun bu xahişə yönəlik qısa replikası isə deputatların gülüşünə səbəb olub: “Sənə də həmişə vaxt çatmır”.
Əlavə vaxt xahişi təmin olunan Novruzovun spikerin replikasına cavabı da maraqlı alınıb:
“Oqtay müəllim, vaxt çatsaydı, Füzuli “Söz” haqqında qəzəl yazmazdı ki”.
A.Zeynalov
www.yenicag.az