!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Orduda ölüm hadisələri davam edirsə, deməli, dövlət kimi strukturumuz yarımçıqdır" - Erməni ombudsman

!Reklam – Yazi

Ermənilər orduda ölümlə nəticələnən hadisələrdən narahatdırlar.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, demək olar ki, hər gün Ermənistan ordusunda 1-2 ölüm hadisəsi baş verir.

Ermənistanın ombudsmanı Anait Manasyan jurnalistlərlə söhbətində orduda baş verən son hadisələrlə bağlı sualları cavablandırıb.

O, orduda ölümlərin mümkün olduğu vəziyyət pisləyib.

“Görəcəksiniz ki, biz təkcə bununla bağlı deyil, bir sıra digər işlərlə bağlı bəyanat vermişik. Mən ombudsman kimi hesab edirəm ki, dövlətin lazımi və tam alətləri tətbiq etməsi çox vacibdir. Birincisi, bu halların araşdırılması lazımi səviyyədə aparılmalı, ikincisi, bununla yanaşı, dövlətin bu halların qarşısının alınmasına yönəlmiş düzgün mexanizmləri olmalıdır”, – ombudsman bildirib.

Onun sözlərinə görə, əgər konkret şəraitdə səbəblərindən asılı olmayaraq orduda belə həyəcanverici və son dərəcə qınaq doğuran hadisələr baş verməkdə davam edirsə, bu o deməkdir ki, biz dövlət olaraq hələ də tam hüquqlu struktur və alətlər hazırlaya bilməmişik.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv