Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Orta məktəblərin bufetlərində yoxlamalar başlayıb

623912_465543Azərbaycanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən bufetlərdə yoxlamalar başlayıb. Bunu açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, bu cür yoxlamalar təmsil etdiyi qurum tərəfindən hər tədris ilində aparılır. Hələlik nöqsanlardan danışmağın tez olduğunu qeyd edən Z.Kazımov bildirib ki, qurum aparılan araşdırmaların nəticəsini ilin sonunda açıqlayacaq: “Tədris ili hələ yeni başlayıb. Biz adətən hansı məktəbdə hansı nöqsanın qeydə alındığını respublika üzrə bütün məlumatları topladıqdan sonra açıqlayırıq. Amma konkret olaraq bir məktəb barədə rəsmi müraciət olanda biz bu barədə məlumat veririk”.

Qeyd edək ki, 2012-ci ildə Prezident İlham Əliyev orta məktəblərin bufetlərində satılan ərzaq məhsulları ilə bağlı xüsusi göstəriş vermişdi. Həmin göstərişdən sonra təhsil müəssisələrində qida standartı qaydaları hazırlanıb. Dövlət standartı təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edir(trend).

www.yenicag.az

314