Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Oteldə yanğın - 2 ölü, 40 yaralı

Çexiyanın paytaxtı Praqada yerləşən “Eurostars David” otelində yanğın baş verib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın nəticəsində 2 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Hadisə yerində şəhərin bütün yanğın briqadaları, həmçinin könüllülər işləyir. Oteldə qalan qonaqlar təxliyə edilir. Zərər çəkənlər arasında yanğnsöndürənlər də var.

Qeyd edək ki, “Eurostars David” oteli Praqanın tarixi mərkəzində yerləşir. Yanan otelin 152 nəfərlik olduğu bildirilir. Yanğın zamanı binada təxminən 50 nəfər olub.

www.yenicag.az

2115
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM