!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ovçular” saxlanılıb

!Reklam – Yazi

78402.jpegBərdə polisi 5 ildir sənədsiz silahla qanunsuz ov edən şəxsləri yaxalayıb.

Rayonda keçirilən reyd zamanı qanusuz Lerik rayonu ərazisində qanusuz ov edərək rayona qayıdan 2 nəfər saxlanılıb.

Bunlar Bərdə rayon nazırlı kənd sakinləri Nizam Məmmədov və Qəhrəman Səfərovdur. Ovçular cəmiyyətinin üzvü olmayan və 5 ilə yaxındır ovla məşğul olan hər iki şəxs suallarımızı cavablandıran zaman qadağan olunmuş ərazidə icazə verilməyən vasitələrə ov etməyin qanusuz olduğundan xəbərləri olmadığını bidirdi.

Saxlanılan şəxs Səfərov qanunu pozduğundan xəbərsiz olduğunu deyib: “O qədər dərindən bilmirdim indi bildim ki, qanunsuzdur. Lerik meşəsində atdıq, qayıtdıq gəldik. 2 dənə balaca qabandır.”

Bərdə polisindən aldığımız məlumata görə hər iki şəxsin silah gəzdirmək üçün lazım olan sənədləri yoxdur. Əməliyyat zamanı aşkarlanan ov tüfəngləri və patrondaşda olan güllələr silahlar maddi sübut kimi götürülüb. Polisi saxlanılan şəxslərin ovladıqları heyvanların ətini qanusuz yolla satmağa çalışdığını hesab edir.

Bərdə RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi Azər Hüseynov saxlanılan zaman həmin şəxslərin üzərindən 2 ədəd 12 kalibirli ov silahları və həmin şəxslərə məxsus avtomobildə və iki ədəd ov tulası, maşının yük yerində isə iki ədəd hər birinin çəkisi 60-70 kq olan qaban aşkar edildiyini bildirib.

Aşkar edilmiş faktla bağlı polis şöbəsində Azərbaycan respublikası Inzibati xətalar məcəlləsinin Ov qaydalarının kobud şəkildə pozulması, (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulması maddəsi ilə inzibati məsuiyyətə cəlb edilərək toplanmış materiallar Bərdə rayon məhkəməsinə göndərilib.

(anspress.com)

www.yenicag.az

990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv