Övladını müalicə etdirmək imkanı olmayan qadın intihara cəhd edib

Mingəçevirdə 45 yaşlı qadın intihara cəhd edib.

“Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi, 7, mənzil 14 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Məmmədova Yaqut Gülhəsən qızı qida üçün uyğun olmayan zərərli maddə içərək özünü öldürmək istəyib.

Zəhərlənmiş qadın təcili xəstəxanaya çatdırılıb. Onun sirkə turşusu, yaxud digər zəhərli maye qəbul etdiyi müayinələrdən sonra məlum olacaq. Xəstənin vəziyyəti orta-ağırdır.

Yaqut Məmmədovanın qan çatışmazlığı və dalaq xəstəliyindən əziyyət çəkən oğlunu müalicə etdirmək üçün imkanı olmadığından intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

COP29