Sülh platformasına çevrilən TÜRKİYƏ: "Ukraynada müharibənin dayandırılması xarici siyasətdə prioritetdir"

media-hightechnic-468x90

“Türkiyə həm NATO üzvü, həm də Moskva ilə dialoqu davam etdirən nadir aktorlardan biri olaraq “balanslaşdırılmış vasitəçi” mövqeyini qorumağa çalışır”.

Bunu Aşqabadda Türkiyə və Rusiya liderlıri arasında keçirilən görüş barədə danışan türkiyəli siyasi şərhçi Fateh Fuad Tuncər Yenicag.az-a açıqlamasında deyib.

Siyasi şərhçi bildirib ki, Aşqabad görüşü Türkiyənin həm Ukrayna, həm də Qəzza məsələlərində barışı önə çıxaran və balanslı xarici siyasətini gücləndirən mühüm diplomatik addım kimi dəyərləndirilir:

“Prezident Ərdoğanın forumdakı çıxışında Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına çağırması və İstanbul prosesi də daxil olmaqla, atəşkəs təşəbbüslərinə konkret dəstək verməyə hazır olduğunu bildirməsi Ankaranın münaqişədə yenidən aktiv vasitəçi rolunu bərpa etmək niyyətini göstərir.

Ərdoğan-Putin görüşməsi, əsasən, müharibənin gələcəyi, mümkün yeni danışıqlar kanalları və Türkiyənin ev sahibliyi perspektivi ətrafında qurulub. Heyətdə xarici işlər və enerji təhlükəsizliyi üzrə yüksək səviyyəli rəsmilərin yer alması görüşdə həm diplomatik, həm də enerji, ticarət, regional təhlükəsizlik məsələlərinin paralel müzakirə edildiyini ortaya qoyur. Türkiyə həm NATO üzvü, həm də Moskva ilə dialoqu davam etdirən nadir aktorlardan biri olaraq “balanslaşdırılmış vasitəçi” mövqeyini qorumağa çalışır.

Qəzza məsələsində də Ankara qalıcı atəşkəs və iki dövlətli həll çağırışını ön plana çıxarır və bu mövzunu Rusiya ilə dialoqda vacib kanal kimi görür. Aşqabad təması ümumi şəkildə Türkiyənin həm Ukrayna, həm də Qəzzada müharibələrin dayandırılmasını prioritet sayan, sülhü mərkəzə alan və regionda “sabitlik və barış qurşağı” yaratmağı hədəfləyən çoxşaxəli və balanslı xarici siyasət xəttinin davamı kimi qiymətləndirilə bilər”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa