“Abşeron rayonunun bütün “sovxoz”ları artıq yaşayış massivlərinə çevrilib. Kütləvi massivlər “özbaşına tikililər” adı altında konsepsiyada işlənib, təsdiq olunacaq”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.
Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələrinə münasibət bildiriləcək.
“Burada həm məskunlaşma məsələləri, həm də şəhərsalma elementləri və infrastruktur gözlənilməlidir. Biz müasir dövlətik, ona görə də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək”.
www.yenicag.az