!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özəlləşdirmə çekləri məsələsi aktuallığını qoruyur: "Vətəndaşlar onları əllərində saxlasınlar" - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

Son dövrlər özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı ictimaiyyət arasında fikir formalaşıb. Təsadüfi deyil ki, bir sıra millət vəkilləri də çıxışlarında bu məsələni gündəmə gətirərək çeklərin yenidən istifadəsinə şərait yaradılmasının zəruriliyini qeyd ediblər.

Məlumat üçün bildirək ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb. Həmin dövrdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Ulu öndər Heydər Əliyevin fərmanına əsasən, 1997-ci il yanvar ayının 1-dək anadan olmuş  bütün ölkə vətəndaşlarına artıq miras-əmlak payı olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Vətəndaşlara verilən özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir. Fərmana əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 32-də bir milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub.

Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasını zəruri edən hüquqi amillərlə BURADAN ətraflı məlumat əldə edə bilərsiniz.

Son zamanlar özəlləşdirmə çekləri ilə bağlı məsələnin aktuallığı fonunda “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az-la bölüşüb.

İqtisadçı hesab edir ki, əlində çeki qalan vətəndaşların mövcud narazılığını aradan qaldırmaq üçün dövlət tərəfindən müvafiq qərarın qəbulu arzuolunandır.

Daha ətraflı məlumatla videomüsahibədən tanış ola bilərsiniz:

 

www.yenicag.az

3069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv