Xristian aləminin dini lideri Papa Fransisk Katolik kilsəsinin 300 illik tarixi olan “boşanma haqqında qaydalar”-a dəyişilik edib.
Yenicag.az xəbər verir ki, Papa şəxsi səlahiyyətlərindən istifadə edərək 300 illik qaydanı dəyişdirib. Dəyişikliyə əsasən artıq boşanma qaydalarına iki rahib deyil, yalnız bir rahib baxacaq. Həmçinin boşanma ilə bağlı məhkəmə prosesi də ödənişsiz olacaq.
Qeyd edək ki, İtaliya mətbuatının yazdığına görə bu dəyişiklik dini dairələr tərəfindən birmənalı qarşılanmayıb.
www.yenicag.az