Parisdə məscidin qapısına donuz başları atıldı

media-hightechnic-468x90

Ötən gecə naməlum şəxslər Parisdə bir neçə məscidin qapısına donuz başları atıblar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Paris polisinin rəhbəri Loran Nunet sentyabrın 9-da səhər saatlarında Parisdəki bir neçə məscidin qarşısında donuz başlarının tapıldığını açıqlayıb:

“Dərhal istintaq başladılıb. Bu iyrənc hərəkətləri törədənlərin müəyyən edilməsi üçün lazım olan hər şey edilir”, – o, qeyd edib.

Bildirilir ki, kəsilmiş donuz başlarından birinin üzərinə “Makron” yazılıb.

Fransanın daxili işlər naziri Bruno Retaillo baş verənləri “iyrənc təxribat” adlandırıb və Fransa müsəlmanlarına dəstək ifadə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05