Partiya liderinin oğlunun toyudur
Azərbaycan Milli İstiqlal partiyasının (AMİP) lideri, tanınmış siyasətçi Etibar Məmmədov bu gün böyük oğlu Ayxan Məmmədovu evləndirir.
Bu barədə saytına AMİP-dən məlumat verilib. Toy Bakıdakı məşhur “Sonalar sonası” restoranında olacaq. Mərasimə AMİP-çilərlə yanaşı, Etibar Məmmədovun digər siyasi qurumlarda təmsil olunan siyasətçi yoldaşlarının da dəvət olunduğu bildirilir.
Etibar Məmmədovun kiminlə quda oğlmağına gəlincə, bunu dəqiləşdirə bilmədik.
Xatırladaq ki, Etibar Məmmədovun 2 oğlu bir qızı var. Bu gün toyu olacaq Ayxan Məmmədov Azərbaycan Turizm İnstitunun tələbəsidir. O, həm də AMİP Gənclər Təşkilatının sədridir.