!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədri yeni qanun layihəsi haqda: “Biz öz fikirlərimizi o zaman ifadə edəcəyik”

!Reklam – Yazi

“Hər halda, media da o müzakirələrdə iştirak edəcək və mövqelərlə tanış olacaq”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi barədə danışan Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Yenicag.az-a açıqlamasında deyib.Partiya sədri sözügedən qanun layihəsinə yönəlik mövqeyini bu məsələyə həsr olunan müzakirələrdə təqdim edəcəklərini bildirib:

“Bu qanun layihəsi ilə bağlı müzakirələr hələ qabaqdadır. Qarşıdakı dönəmdə parlamentdə, onun komitələrində, həmçinin siyasi partiyalar arasında bu qanun layihəsinin müzakirəsi olacaq.

Biz öz fikirlərimizi o zaman ifadə edəcəyik. Hər halda, media da o müzakirələrdə iştirak edəcək və mövqelərlə tanış olacaq”.

A.Zeynalov

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv