Paşinyan Ermənistanda Aİ missiyasının yeni rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının ölkədəki müşahidəçi missiyasının yeni rəhbəri Satu Koyvunu qəbul edib.
Yenicag.az-ın məlumatına görə, bunu yerli KİV Ermənistan Baş nazirinin Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinə istinadən bildirib.













