!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Paşinyan qərbyönümlü olsa belə, onun da üstünə erməni faşizminin suyu sıçrayıb” – ŞƏRH

Reklam: Sinerji Pro

“Rusiya və İran Cənubi Qafqazda sabitliyin bərqərar edilməsində maraqlı olmadıqlarını hər addımda göstərirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın qərbyönümlü imicinə baxmayaraq, 20 iyun seçkilərindən cəmi bir neçə gün sonra ölkədəki Rusiya hərbi bazasının genişləndirilməsi üçün Moskvaya heyət göndərməsini şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Paşinyan indiki halda ölkəsinin müdafiəsini Rusiyanın hesabına təmin etməyi düşünür:

“Paşinyanın siyasi baxışlarında Qərbyönümlülük olsa belə, onun da üstünə erməni faşizminin suyu sıçrayıb. Bunu unutmaq olmaz. Odur ki, Paşinyan 44 günlük müharibədə darmadağın edilən Ermənistan ordusunun yenidən təşkili və ölkənin müdafiəsinin təmin olunmasında Rusiyadan dəstək almaq istəyir. Yəni məsələ bu qədər sadə və aydındır.

Rusiya da Ermənistanın ağır vəziyyətindən istifadə edərək, özünün bu forpostu vasitəsilə regionda möhkəmlənməyə, təsir zonasını genişləndirməyə çalışır. Odur ki, Moskva Ermənistandakı hərbi bazalarını genişləndirmək və bu ölkənin sərhədlərini qorumaq məsələsəində aktiv davranır. Bu da bir daha təsdiqləyir ki, Rusiya bölgədə sabitliyin yaranmasında və demilitarizasiya prosesinin başlamasında maraqlı deyil.

Eynilə İran da regionla bağlı siyasətində Moskvanın addımlarını təkrarlayır. Başqa sözlə, Rusiya və İran Cənubi Qafqazda sabitliyin bərqərar edilməsində maraqlı olmadıqlarını hər addımda göstərirlər. Hər iki ölkə Ermənistana bir ucdan silah daşımaqdadır. Bu da regional sabitlik üçün yeni təhdidlər deməkdir”.

A.Zeynalov

www.yenicag.az

265
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100