Paşinyan Trampın sülhlə bağlı təklifini qəbul etdi

media-hightechnic-468x90

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı yaradılan “Sülh Şurası”na qoşulmaq təklifini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib.

Onun sözlərinə görə, rəsmi İrəvan regional və beynəlxalq münaqişələrin dinc yolla həllini dəstəkləməkdə davam edir.

Qeyd edək ki, Donald Tramp daha əvvəl Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edib və yaxın zamanda şuranın tərkibinin açıqlanacağını bildirib. Məlumata görə, bu çərçivədə Türkiyə, Qazaxıstan, Özbəkistan və Rusiya prezidentlərinə də dəvətlər göndərilib./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa