Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyan üçün 2022-ci il PERSPEKTİVİ: “Hakimiyyətdən gedəcəyi ehtimalı çox böyükdür” - ŞƏRH

Reklam: Sinerji Pro

“Milli Demokratiya Qütbü məhz Paşinyanın hakimiyyətdən getməsi üçün keçmiş iqtidarla əməkdaşlığa gedib”.

Bu fikirləri noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçiriləcək görüşü ərəfəsində Ermənistanı bürüyən kütləvi etiraz dalğasının mümkün nəticələrinə toxunan Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Erməistanda genişlənən kütləvi etiraz aksiyalari baş nazir Nikol Paşinyanın hakimiyyətdən gedişi ilə nəticələnə bilər:

“Əslində, Ermənistanda bir müddət əvvəl başlayan siyasi böhranın getdikcə dərinləşdiyi müşahidə edilməkdədir. Hətta orada başlayan proseslər nəticəsində ölkədə qarşısıalınmaz xaosun yaranması da qətiyyən istisna olunmur.

Açıq görünən budur ki, Nikol Paşinyan hakimiyyətini qəbul etməyən siyasi müxalifət ona qarşı tədricən daha sıx şəkildə birləşməkdədir. Həmin müxalifətin bir hissəsini Ermənistanın keçmiş iqtidarının tərəfdarları, digər hissəsini isə Milli Demokratiya Qütbü adlandırılan platforma təşkil edir.

Maraqlıdır ki, Milli Demokratiya Qütbündəki əsas fiqurların sabiq iqtidar komandalarına münasibəti mənfi olsa da, onlar məhz Paşinyanıın hakimiyyətdən getməsi üçün bu birgəliyə razılıq veriblər.

Məlumdur ki, qarşıdakı dönəmdə Azərbaycanla Ermənistan arasında müəyyən anlaşmaların əldə olunacağı gözlənilir. Bu isə Ermənisstan siyasi müxalifətinin Paşinyana qarşı mübarisəsini daha da gücləndirəcək, növbədənkənar seçki tələbi xeyli aktuallaşacaq. O baxımdan, Paşinyanın 2022-ci ildə hakimiyyətdən gedəcyi ehtimalı çox böyükdür. Buna qədər proseslərin necə inkişaf edəcəyini görəcəyik”.

A.Zeynalov

www.yenicag.az

186
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100