!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyana qarşı məxfi görüş İDDİASI: “Normallaşma prosesi açıq şəkildə aparılırsa...” – ŞƏRH

!Reklam – Yazi

“Digər tərəfdən, andiçmə mərasimindən əvvəl Türkiyədə hökumətin yeni tərkibi hələ açıqlanmamışdı”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılan Ermənistanın Baş naziri Nikol Paşinyanın Ankarada bir sıra məxfi görüşlər keçirdiyinə dair iddialara münasibət bildirən politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “məxfi görüş” iddiası Ermənistan müxalifətinin Paşinyana qarşı növbəti gedişi sayıla bilər:

“Paşinyanın Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasminə qatılması ilə bağlı Ermənistanda fərqli yanaşmalar var. Erməni diasporu da daxil olmaqla, bir qrup Paşinyanın o mərasimdə iştirak üçün Türkiyəyə gettməməli olduğunu düşünür, bunu yanlış addım kimi qiymətləndirir. Onlar mərasimdə Paşinyanın arxada, ikinci sırada əyləşdirilməsini də aşağılayıcı münasibət adlandırıblar. Bildirirlər ki, Ermənistanın Baş naziri Türkiyənin timsalında düşmən ölkənin arzuolunmaz prezidentinin tədbirinə qatılmamalı idi.

Əks mövqedə olan kəsim isə bu fikirdədir ki, Ərdoğanın andiçmə mərasimində Ermənistanı Baş nazir yox, xarici işlər naziri, yaxud da başqa bir məmurun təmsil etməsi daha doğru olardı. Yəni bu məsələ Ermənistanda hələ də mübahisə predmeti kimi qalmaqdadır.

Erməni tarixçi Tatul Akopyan və tanınmış jurnalist Petros Qazaryan arasında bu mövzuya həsr olunmuş debatı mən də izlədim. Onların müzakirəsində bu məsələ ilə yanaşı, Paşinyanın Türkiyədə məxfi görüşlər keçirməsi haqda məlumatlara da toxunuldu. Onlar hətta bu iddialara ironik münasibət də bildirdilər ki, Paşinyan o vurhavurda Türkiyədə kimlərlə görüşə bilərdi?

Çünki o günlərdə Türkiyənin dövlət rəsmilərinin hamısının başı qarışıq idi. Digər tərəfdən, andiçmə mərasimindən əvvəl Türkiyədə hökumətin yeni tərkibi hələ açıqlanmamışdı. Belə olan halda Paşinyanın kimlərləsə görüşüb danışıq aparması şübhə altına alınır. O baxımdan, Ermənistan Baş nazirinin Türkiyədə məxfi danışıqlar aparması reallıqdan uzaq məsələ kimi görünür. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında normallaşma pörosesinin açıq şəkildə getdiyi nəzərə alınsa, deyilən qaydada məxfi görüşlərə ehtiyac olmadığı da aydınlaşır. Bütün bunları nəzərə aldıqda, “məxfi görüş” iddiası da Ermənistan müxalifətinin Paşinyana qarşı növbəti gedişi sayıla bilər”.

A.Zeynalov

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv