Paşinyanın Moskva SƏFƏRİ: "Bu mövzular Ermənistan üzərində təzyiq vasitəsi kimi istifadə edilə bilər"

media-hightechnic-468x90

“İrəvanın vəziyyətini çətinləşdirmək planı həyata keçirilə bilər”.

Bu fikirləri Vaşinqtonda müsbət irəliləyişlər əldə olunduğu dövrdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və prezident Vladimir Putinlə görüşünün mümkün nəticələrindən danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Politoloq bildirib ki, hazırda Rusiya və Ermənistan münasibətlərində gərginlik yaradan məsələlər mövcuddur:

“Həmin məsələlər Rusiyanın bölgədəki mövqeyinə birbaşa ciddi zərbə vurur. Putin də sülh sazişinin imzalanmasının qarşısını ala bilmədiyini yaxşı anlayır. Dolayı yolla başqa məsələlər ətrafında müzakirələr açaraq İrəvana təzyiq göstərmək istəyir.

Paşinyanın Moskva səfərində onun Avrasiya İqtisadi Birliyində iştirakı, KTMT-də fəaliyyəti, Rusiyanın Ermənistandakı hərbi bazası ətrafında yaranmış vəziyyət və digər bu kimi məsələlərlə bağlı müzakirələrin gündəmə gələcəyi şübhəsizdir. Bunların birbaşa sazişin imzalanmasına aidiyyəti olmasa da, Moskva ABŞ vasitəçiliyi ilə baş tutan sazişdən narazılığını göstərmək üçün həmin mövzuları Ermənistan üzərində təzyiq vasitəsi kimi istifadə edə bilər.

Məsələn, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr İrəvana təzyiq kimi təqdim oluna bilər. Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi Birliyində fəaliyyəti, paralel olaraq Avropa İttifaqına üzvlüklə bağlı apardığı cəhdlərin də müzakirə mövzusu olması mümkündür. Nəticədə isə İrəvanın vəziyyətini çətinləşdirmək planı həyata keçirilə bilər.

Moskva həmin məsələlər ətrafında müzakirələr açmaqla Ermənistanın xarici siyasətindən narazı qaldığını nümayiş etdirməyə çalışır. Lakin bunların heç biri sülh sazişinin imzalanmasına mane ola bilməz. Paşinyanın Moskva səfərinin isə onun şəxsi təşəbbüsü, yoxsa Rusiyanın dəvəti əsasında baş tutduğunu hələlik dəqiq demək çətindir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa