Pəhləvi Trampı İranla danışıqlara vaxt sərf etməməyə çağırıb

media-hightechnic-468x90

Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampın administrasiyasını İranla danışıqlara çox vaxt sərf etməməyə və dərhal hərbi müdaxiləyə keçməyə çağırıb.

media-banner_tuq

Yenicag.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransının kuluarlarında bildirib.

“ABŞ-nin müdaxiləsi və Prezident Trampın İran xalqını dəstəkləmək vədini yerinə yetirməsinin vaxtı çatıb. Müdaxilə həyatları xilas etməyin yoludur”, – Pəhləvi deyib.

Onun sözlərinə görə, ABŞ-nin hərbi müdaxiləsi sadəcə zaman məsələsidir.

Xatırladaq ki, Tramp administrasiyası İranla nüvə sazişi barədə danışıqlar aparır, eyni zamanda, regionda hərbi qüvvələrini artırır.

Ötən həftə, fevralın 6-da amerikalı və iranlı diplomatlar Omanda danışıqlar aparıblar və fevralın 17-də növbəti danışıqların aparılması gözlənilir./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05