!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pezeşkian üçün çətin dövr BAŞLAYIR: SEPAH maraqlıdır ki...

!Reklam – Yazi

“Məsud Pezeşkianın İran prezidentliyi, zəif islahat, dəyişiklik və yeniləşmə ümidi İran-İsrail münasibətlərindən asılı duruma düşüb. İrandakı daxili siyasi proseslər indi İsrail ilə münasibətlərə bağlıdır, və bu, müstəqil olaraq təhlil edilə bilməz. İsrailin üstünlüyünün qarşıdakı dövrlərdə davam etməsi ehtimalı var”.

Yenicag.az xəbər verir ki, bu sözləri “The Sunday Times” nəşri ilə söhbətində güney azərbaycanlı araşdırmaçı Arif Kəskin deyib.

 

Analitik hazırda İranla İsrail arasında davam edən gərginliklər fonunda islahatçı qanad sayılan Pezeşkian hakimiyyətinin atacağı addımları şərh edib.

“Sözügedən gərginliklər də Pezeşkianın vədlərinin mümkünlüyünü və hərəkətliliyini zəiflətdi. Xarici siyasətdəki Pezeşkian hökumətinin ilk işinin İsraillə birbaşa hərbi müdaxilədən qaçmaq, olacağı təqdirdə isə onu idarə etməkdir ki, burada hökumətin hərəkətliliyi də İsmayıl Həniyənin sui-qəsdinə şübhələri artırır. Pezeşkianın hədəf aldığı nüvə müqaviləsi, Avropa İttifaqı və qonşularla yaxşı münasibətlər birbaşa Yaxın Şərq gərginliyinə alət olub”, – o bildirib.

Araşdırmaçı əlavə edib ki, bu müddətin başqa bir nəticəsi Pezeşkiananın iqtisadi vədlərinin reallaşmasının çətinliyidir. Onun sözlərinə görə, İran xarici əlaqələrində böhranların artması kövrək İran iqtisadiyyatına ciddi zərər verəcək.

İranlı araşdırmaçı Əziz Əhmədi isə söyləyib ki, İsrail İran və proksilərinə vurduğu son zərbələr ilə SEPAH və mühafizəkarların əlinə oynayıb.

“Bu baxımdan, açıq etiraf edə bilərik ki, Nəsrullaha qarşı sui-qəsddə, proksi şəbəkələrə qarşı amansız mübarizədə, habelə İsrailin radikallaşmasında SEPAH birbaşa maraqlıdır. Buna görə də onların ya birbaşa, ya da dolayı bu əməliyyatlarda iştirak ehtimali olduqca yüksəkdir. Yəni qrup maraqları ən önə çıxır”, – deyə o qeyd edib.

“Artıq Pezeşkian istəsə belə, yumşaq ritorika ilə davam edə bilməyəcək. O, hazırda buna çox çalışır, praqmatik, balanslı və yumşaq simasını qorumaq üçün hər şey edir, lakin İsrailin həmlələri İran tarixinin ilk azərbaycanlı lideri üçün getdikcə daha böyük çətinliklər yaradacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

100
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv