Bir şüşə pivə qızı xəstəxanalıq edib.
Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Moskva rayon sakini aldığı pivəni açan zaman ölümlə üz-üzə qalıb.
Qız pivəni açmağa çalışıb, ancaq birdən butulka partlayıb. Partlayan şüşənin qırıntıları qızın üzünə və boynuna dəyib. Hətta qırıntının biri qızın boynuna batıb.
Məlumata görə, qız yaxınlıqdakı mağazadan spirtsiz buğda pivəsi alıb. Bir müddət sonra içkini dadmaq qərarına gəlib. Qız qapağa toxunan kimi, partlayış baş verib. Şüşə qırıntıları qızın boyun və üzünü zədələyib, həm də mətbəxə səpələnib.
Nəticədə qız xəstəxanaya aparılıb və həkimlər kəsiklərə tikiş qoymalı olublar.
Qızın iddia etdiyi “qatil pivə” istehsalçısı ilə əlaqə qurmaq qeyri-realdır. Tomsk bölgəsində istehsalçının qaynar xəttində daim cavab verən robot işə düşür.
Xuraman Etibarlı
www.yenicag.az