Reklam: High Technic
hightechnic

PKK-nın Suriya qolu PYD ABŞ-dan hərbi yardım alıb

ABŞ Suriyanın Haseke əyalətində PKK-nın Suriya qolu olan PYD silahlılarına silah-sursat və hərbi nəqliyyat vasitələri verib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Livanın “Əl Mayəddin” telekanalı məlumat yayıb.

Məlumata görə, İraqdan yola salınan hərbi yardım daşıyan avtomobil karvanı ötən gün mənzil başına çatıb. Kanal xatırladır ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Cozef Votel bir müddət əvvəl ABŞ-ın İŞİD-lə mübarizə məsələsində PYD-ni gücləndirmək niyyətində olduğunu qeyd edib.

Qeyd edək ki, Cozef Votel ötən həftə Suriyanın şimal rayonlarına gözlənilməz səfər edib. Bir müddət sonra Cozef Votel PYD komandirləri ilə “uğurlu görüşlər” keçirdiyini bildirib. Onun sözlərinə görə, görüşlərdə İŞİD-ə qarşı əməliyyatın genişləndirilməsi və digər hərbi məsələlər müzakirə edilib.

Yeniçağ.Az

www.yenicag.az

84