!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK silahı yerə qoydu, bəs DİGƏRLƏRİ? – “YPG/PYD və digər adlar altında...”

!Reklam – Yazi

“PKK-ya qarşı aparılan mübarizə kimi, digər qruplaşmaların da zərərsizləşdirilməsi istiqamətdə addımlar davam edəcək”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Analitik Türkiyənin tələbi ilə PKK-nın silahı yerə qoymasından sonra ona bağlı digər terror qruplaşmalarının səssizliyinin pərdəarxası məqamlarına toxunub.

Onun sözlərinə görə, Türkiyəyə qarşı mübarizə aparan terror qruplaşmaları PKK-dan ibarət deyil:

“Burada həm də YPG/PYD və digər adlar altında daha neçə qruplaşma mövcuddur. Həmin qruplaşmaların isə Türkiyənin tələbinə qulaq asmayacağı gözlənilən idi. Əlavə olaraq, sözügedən proseslərin asan olmayacağını da qabaqcadan hər kəs bilirdi. Burada əsas məsələ Türkiyə daxilindəki terror qruplaşmalarının silahı yerə qoymasından ibarətdir. Ankara adına bu çox böyük uğur və qələbə sayılır”.

“İndidən sonra Türkiyənin kürd terror qruplaşmalarına qarşı mübarizəsi heç bir ölkə tərəfindən tənqid olunmayacaq. Mübarizə davam edəcək və Türkiyə inkişafına mane olan güclərə qarşı bu yolda bütün hədəfləri gerçəkləşdirəcək. Bir sözlə, PKK-ya qarşı aparılan mübarizə kimi digər qruplaşmaların da zərərsizləşdirilməsi istiqamətdə addımlar davam edəcək. Nəticədə isə qardaş ölkə, qlobal gücə çevrilmə yolunda əmin addımlarla daha da irəliləyəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

107
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv