Polis yeniyetməni güllələdi
ABŞ-ın Klivlend şəhərində polisin açdığı atəş nəticəsində yaralanan 12 yaşlı yeniyetmə xəstəxanada ölüb.
Hadisə noyabrın 22-də “Cudell” əyləncə mərkəzi yaxınlığında baş verib.
Əyləncə mərkəzindən polisə ərazidə silahlı şəxsin olduğu haqda edilmiş zəngdən sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları naməlum silahla olan yeniyetməni görüblər.
Polislərin təslim olmaq əmrinə tabe olmaya yeniyetmə əlini arxaya atıb, bundan sonra polislərdən biri ona atəş açıb.
Oğlan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona atəş açan polisin də ayağından yaralındığı bildirilsə, hadisənin təfərrüatları açıqlanmayıb.