!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisə qadağa qoyuldu – Prezidentdən sərəncam

!Reklam – Yazi

polis azvision.azAzərbaycan prezidenti İlham Əliyev “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 89-VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan qanunları və prezident aktlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırığı verilib.

Dəyişikliklərə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 15-ci maddəsinin ikinci hissəsinin üçüncü hissə hesab edilməsi və aşağıdakı məzmunda ikinci hissənin əlavə edilməsi nəzərdə tutulub:

“Şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Polis əməkdaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməz”.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv