Premyer Liqa: “Qarabağ” “Şamaxı” ilə heç-heçə etdi

media-hightechnic-468x90

Misli Premyer Liqasının IX turunda “Qarabağ” evdə “Şamaxı” ilə görüşüb.

Yenicag.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma heç-heçə ilə nəticələnib – 0:0.

Bu nəticədən sonra “Qarabağ” 17 xalla ikinci pillədə qərarlaşıb. 10 xala malik “Şamaxı” isə 9-cu yerdədir.

Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” “Kəpəz”i (3:0), “Zirə” isə “Sumqayıt”ı (1:0), “Neftçi” “Qəbələ”ni (2:1) məğlub edib. “Araz-Naxçıvan” – “Sabah” matçı heç-heçə bitib – 2:2.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa