Premyer Liqada X tura yekun vuruldu

media-hightechnic-468x90

Misli Premyer Liqasında X tura yekun vurulub.

Yenicag.az-ın məlumatına görə, sonuncu matçda “Sabah” “Qəbələ”ni qəbul edib.

“Bank Respublika Arena” keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 28-ci dəqiqədə Stiv Solvet vurub.

18 xalı olan “Sabah” turnir cədvəlində dördüncü sırada yer alıb. “Qəbələ” 5 xalla onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “İmişli”ni (2:0), “Zirə” “Karvan-Yevlax”ı (3:2), “Neftçi” “Kəpəz”i (5:1), “Turan Tovuz” “Şamaxı”nı (2:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (3:2) məğlub edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa