Prezident Ərdoğan Umman Sultanı bin Tarıqla telefonla danışıb

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Umman Sultanı Heysem bin Tarıq ilə telefon danışığı aparıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, dövlət başçıları Türkiyə-Umman ikitərəfli münasibətlərini, habelə regional və qlobal gündəmdə duran məsələləri müzakirə ediblər.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Ərdoğan görüş zamanı bildirib ki, bölgədə müharibənin yenidən alovlanması heç kimin maraqlarına xidmət etmir və diplomatik addımların dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. O, Türkiyənin regiondakı qardaş ölkələrlə birlikdə daimi sülhün bərqərar olması üçün səy göstərdiyini vurğulayıb.

Prezident Ərdoğan, həmçinin Türkiyənin Fələstin torpaqlarında sülh və sabitliyin təmin olunması üçün çalışdığını, Fələstin xalqının hüquqlarının qorunması istiqamətində hər platformada dəstək verməyə davam edəcəklərini bəyan edib.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Umman Sultanını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05