Prezident Mahir Aslanovu ordenlə təltif etdi

Prezident İlham Əliyev Mahir Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Sərəncamda qeyd edilir “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.”