Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi

media-hightechnic-468x90

Azərbaycanın Yaponiyadakı keçmiş səfiri Gürsel İsmayılzadə yeni vəzifəyə təyinat alıb.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, bu ilin oktyabrında geri çağırılan G.İsmayılzadə Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Gürsel İsmayılzadə ilk dəfə təxminən 8 il ərzində 2011-ci ildən 2019-cu ilə qədər Azərbaycanın Yaponiyadakı səfiri olub. 2019-cu ilin yanvar ayında geri çağırılan diplomat 2020-ci ilin martında yenidən Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib və 27 oktyabr 2025-ci ilədək həmin vəzifədə çalışıb.

2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa