Prezidentlərin görüşü öncəsi daha bir şəhid verdik

media-hightechnic-468x90

76665Düşmən tərəfindən açılan atəşdən bir əsgərimiz şəhid olub, biri isə yaralanıb. 

 YENİCAG.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 9-da ermənilərin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Allah Rəhmət eləsin!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600