Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Problemli kreditlər XAOSU: “Qarşıdakı üç ayda 5 milyard manata çata bilər” – İqtisadçıdan TƏKLİF

“Formal məzmun daşıyan faiz, dəbbə kimi simvolik yüklərin deyil, ana vəsaitlərin özünün də ertələnməsi ilə bağlı qərar verilməlidir”.

Mart ayının əvvəlinə ölkədə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 307 milyon manat olub və bu, ümumi kredit portfelinin 8,4 faizini təşkil edib. Cəmi 3 aydan sonra isə (aprel-may-iyun) problemli kreditlərin həcminin 2 dəfəyə yaxın artacağı proqnozlaşdırılır.

Əgər iyulda iqtisadiyyat tam gücü ilə işə düşməsə, növbəti 3 ayda problemli kreditlərin həcmi 5 milyard manata, yəni ümumi kredit portfelinin 25-30 faiz həddinə çata bilər. O baxımdan, sözügedən problemin daha da dərinləşməməsi üçün hansı addımların atılacağı indidən maraq doğurur.

Məsələni Yenicag.az-a dəyərləndirən iqtisadçı Məhəmməd Talıblı bildirib ki, mövcud vəziyyət kredit bazarında “toksit” kreditlərin təhlükəli həddə yaxınlaşmasından xəbər verir:

“Pandemiya dövründə heç şübhəsiz ki, problemli kreditlərin həcmi daha çox xüsusi paya malik olacaq. Çünki iqtisadiyyatda durğunluq yarandığı bir vəziyyətdə insanların gəlirlərinin artması mümkün olmadığı kimi, onların kredit öhdəliklərinin icrası da mümkün deyil. Bu isə o deməkdir ki, problemli kreditlərin mövcud olduğu səviyyədə pandemiya daha çox katalizator rolunu oynamış olacaq”.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın 25 aprel tarixli qərarı bank öhdəliklərinin icrası ilə bağlı restruktizasiya (ertələnmə) addımlarını əhatə edir. Ancaq bu proses artım səviyyəsinin ümumi tempini azalda bilməyəcək:

“30 sentyabra qədər istehlak, biznes, ipoteka kreditləri ilə bağlı öhdəliklərin icrası bu prosesi az da olsa ləngidəcək. Lakin artım səviyyəsinin ümumi tempini azaltmayacaq.

Tədarük “zəncir”ində qırılmalar varsa, həmin həlqələrdən pay götürən steykholderlər də olmayacaq və beləliklə, gəlirlərin azalması baş verəcək. Problemli kreditlərin qarşısını almaq üçün qonşu Gürcüstandan başlayaraq, FED-in addımlarına qədər son dövrlərin maraqlı təcrübələrindən dərslər çıxarmaqda fayda var”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1086
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100